Məşhur qapıçı karyerasını başa vurdu

23:23 - 11 İyun 2022

"Şaxtyor"un qapıçısı Andrey Pyatov karyerasını başa vurub.

 

Sportal.az  xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Təcrübəli qolkiper karyerası ərzində yalnız Donetsk təmsilçisində çıxış edib. Andrey "Şaxtyor" ilə 10 dəfə Ukrayna çempionatının, 8 dəfə ölkə kubokunun, 6 dəfə Ukrayna Super Kubokunun və 2009-cu ildə UEFA kubokunun qalibi olub.

 

Qeyd edək ki, 37 yaşlı qapıçı 2006-cı ildən çıxış etdiyi Ukrayna millisində isə 102 oyun keçirib.

Xəbər xətti