"İnter"i Braziliya klubuna dəyişəcək

11:17 - 12 İyun 2022

"İnter"in yarımmüdafiəçisi Matias Vesino Milan klubunu tərk etməyə hazırlaşır.

Sportal.az "Torcedores"ə istinadən xəbər verir ki, futbolçu Braziliyada oynayacaq.

O, "Botafoqo" ilə razılığa gəlib. Uruqvaylı futbolçu Braziliya klubundan gələn təklifi müsbət cavablandırıb.

Qarşıdakı günlərdə Rio de Janeyro təmsilçisinin Vesinonun transferini ictimaiyyətə açıqlayacağı gözlənilir.

Uruqvay millisinin 30 yaşlı futbolçusu “Fiorentina”da oynadıqdan sonra 2017-ci ildə “İnter”ə keçmişdi.

Xəbər xətti