Slovakiya millisinin üzvü: "Azərbaycana daha çox qol vura bilərdik"

10:18 - 12 İyun 2022

Slovakiya millisinin yarımmüdafiəçisi Albert Rusnak Millətlər Liqasının 3-cü turu çərçivəsində Azərbaycana qarşı  keçirilən matç haqda danışıb. 

Sportal.az xəbər verir ki, 27 yaşlı futbolçu millimiz üzərində qazanılanı qələbəni şərh edib:

"Çətin oyun alındı. Prinsipcə, biz belə olacağını da gözləyirdik. Azərbaycan bizə arşı layiqli mübarizə apardı. Amma oyunda güclü tərəf biz idik. İlk yarıda yetərincə qol epizodumuz var idi. Daha çox qol vura bilərdik. Azərbaycan millisinin müdafiədə kompakt oynaması daha çox qol vurmağımıza mane oldu. Qazaxıstana uduzduqdan sonra birincilik uğrundakı mübarizəyə davam etmək üçün qələbə lazım idi".

Xəbər xətti