Del Pyero: "İkinci hissədə risk etmək olardı"

11:38 - 12 İyun 2022

İtaliya millisinin sabiq futbolçusu Alessandro Del Pyero Millətlər Liqasının 3-cü turu çərçivəsində yığmanın İngiltərə ilə 0:0 oynamasına münasibət bildirib.

Sportal.az "Channel 4"ə istinadən xəbər verir ki, veteran futbolçu millisinin qalib gələ bilməməsi barədə bu cür danışıb:

"İngiltərə nə yaxşı, nə də pis oynadı. Onlar normal futbol nümayiş etdirdi. İkinci hissədə risk etmək olardı. Matç ərzində qol imkanlarınız varsa, istifadə etmək lazımdı. Hər halda İtaliya da qalib gələ bilərdi".

İtaliya Millətlər Liqasının 3-cü turundan sonra 5 xalla birinci pillədədi.

Xəbər xətti