Orxan Məmmədov mini-futbol üzrə Azərbaycan yığmasını təbrik etdi

12:52 - 12 İyun 2022

"Zirə"nin fəxri prezidenti Orxan Məmmədov Avropa çempionu olan Azərbaycan mini-futbol yığmasının uğuruna biganə qalmayıb.

Sportal.az xəbər verir ki, o, "twitter" hesabında millimizin uğuru barədə bunları yazıb:

"Slovakiyada mini-futbol üzrə Avropa çempionu olan milli komandamızın bütün üzvlərini  təbrik edirəm. Azərbaycanda yetərincə gənc futbolçular var! Ölkəmizdə futbol var və olmalıdır!  Bunu yığmamız öz əməyi və nəticəsi ilə sübut etdi. Təşəkkürlər, milli!".

Orxan Məmmədov mini-futbol millisinin yarımfinal qarşılaşmasından əvvəl də komandayla online görüş keçirərək onlara uğur arzulamışdı.

Xəbər xətti