"Bakıdakı oyunda da qələbə üçün oynayıb, qollar vurmağa çalışacağıq"

13:28 - 12 İyun 2022

Belarus millisinin müdafiəçisi Vladislav Malkeviç Millətlər Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Azərbaycana qarşı keçiriləcək oyundan əvvəl danışıb.

Sportal.az xəbər verir ki, yerli federasiyanın rəsmi saytına danışan belaruslu futbolçu Bakıda keçiriləcək oyun barədə bunları deyib:

"Bakıda Novı- Saddakından daha çətin olacağını düşünmürəm. Çünki burada da səfərdə oynayırıq, orada da.  Bunun hər hansı təsiri olacağını düşünmürəm. Bakıdakı oyunda da qələbə üçün oynayıb, qollar vurmağa çalışacağıq”.

 

Xəbər xətti