İtaliya A seriyasının son qalibi "Milan" transfer çalışmalarını davam etdirir.
Sportal.az "Sky Sport"a istinadən xəbər verir ki, "rossonyeri"lər "Torino"nun müdafiəçisi Qleyson Bremeri transfer etməyə hazırlaşır.
Turin klubu 25 yaşlı braziliyalını “Milan”a buraxmağa hazırdı. Bunun üçün isə "Torino" qarşı tərəfdən müəyyən məbləğ və 22 yaşlı yarımmüdafiəçi Tommaso Pobeqanı istəyir.
“Milan” yetirməsi olan 1999-cu il təvəllüdlü futbolçu 2021-ci ildən “Torino”da icarə əsasında çıxış edir.
Mərkəz müdafiəçisi 2018-ci ildə “Atletiko Mineyro”dan “Torino”ya keçib.
