"Zirə" iki futbolçu ilə müqavilə imzaladı

14:37 - 12 İyun 2022

"Zirə" heyətini iki futbolçu ilə gücləndirib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qəsəbə təmsilçisi Slavik Alxasov və Mirsayib Abbasovla anlaşıb.

Alxasovla iki illik, Mirsayiblə 1 illik müqavilə imzalanılıb.

Mirsayib Abbasov 2018-2019-cu illərdə "Zirə"də forma geyinib. Sonradan isə o, "Səbail"ə yollanmışdı.

Xəbər xətti