İngiltərə milli komandasının baş məşqçisi Qaret Sautqeyt Millətlər Liqasının 3-cü turunda İtaliyaya (0:0) qarşı keçirilən oyunu barədə danışıb.
Sportal.az xəbər verir ki, "Channel 4"ə danışan 51 yaşlı mütəxəssis komandasının oyunundan razılıq bildirib:
"Almaniyaya qarşı oyunda yaxşı işlər gördüyümüz anlar var idi. Amma yaxşılaşdırmalı olduğumuz detallar da az deyil. İtaliya ilə matçın ikinci hissəsində daha yaxşı oynadıq. Yaxşı təşkilatlanmış komandanı keçməyə çalışdıq. Ümumilikdə, komandamın performansından razıyam".
