Ronaldo Portuqaliya millisinə kömək etməyəcək

15:44 - 12 İyun 2022

Portuqaliya millisinin forvardı Kristiano Ronaldo UEFA Millətlər Liqasının 4-cü turunun İsveçrə ilə oyununda iştirak etməyəcək. 

Sportal.az xəbər verir ki, məlumatı komandanın baş məşqçisi Fernandu Santuş matçdan öncə keçirilən mətbuat konfransında verib.

Təcrübəli mütəxəssis Ronaldoya erkən istirahət vermək qərarına gəldiyini deyib. 37 yaşlı hücumçu ilə yanaşı Rafael Guerrero və Joao Moutinyoya da istirahət verilib.

İsveçrə - Portuqaliya görüşü bu gün Bakı vaxtilə 22:45-də başlayacaq.

Xəbər xətti