PSJ baş məşqçisi ilə yollarını ayırdı

19:16 - 12 İyun 2022

PSJ Maurisio Poçettinonun işinə son verib.

Sportal.az "RMC Sport"a istinadən xəbər verir ki, klub bununla bağlı yaxın günlərdə rəsmi açıqlama verəcək. Paris təmsilçisi Poçettinonun müqaviləsini vaxtından əvvəl ləğv etdiyi üçün qarşı tərəfə təzminat ödəməli olacaq.

50 yaşlı mütəxəssis 2021-ci ilin əvvəlindən PSJ-ni çalışdırırdı. Komanda başa çatan mövsümdə onun rəhbərliyi altında Fransa çempionu olub.

Qeyd edək ki, klub rəhbərliyi baş məşqçi postuna Zinəddin Zidanı gətirməyi  planlaşdırır.

Xəbər xətti