"Real"ın müdafiəçisi Alvaro Odriosola komandadan ayrıla bilər.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, "İnter" futbolçunu transfer etməkdə maraqlıdır. Milan təmsilçisi ispaniyalı oyunçunu Denzel Dumfrizin layiqli əvəzləyicisi kimi görür.
"Kral klubu" 20 milyon avro təklif gələcəyi təqdirdə Odriosola ilə yolları ayırmağa hazırdı.
2018 -ci ildən Madrid təmsilçisində çıxış edən 26 yaşlı oyunçu geridə qalan mövsümü icarə əsasında "Fiorentina"da keçirib.
saytlarin hazirlanmasi
