"Real"ın hücumçusu Luka Yoviç komandanı tərk edə bilər.
Sportal.az "AS" nəşrinə istinadən xəbər verir ki, serbiyalı futbolçunun "Monako"ya transferi gündəmdədir. Knyazlıq təmsilçisi Yoviç üçün 16 milyon avro ödəməyə hazırlaşır.
2018-ci ildən Serbiya millisinə dəvət alan forvard 25 matçda 9 qol vurub.
24 yaşlı oyunçu başa çatan mövsümdə Madrid təmsilçisinin heyətində 19 oyunda meydana çıxıb. O, bu görüşlərdə 3 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
