"Şalke" Sidi Sane ilə müqavilə imzalayıb.
Sportal.az Almaniya mətbuatına istinadən xəbər verir ki, daha əvvəl U-19 komandasında çıxış edən yarımmüdafiəçi əsas komandaya cəlb edilib. Sidi Sane ilə 2024-cü ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, 19 yaşlı oyunçu "Bavariya"nın futbolçusu Leroy Sanenin kiçik qardaşıdır.
