Paulo Dibala müqaviləsinin müddəti başa çatdıqdan sonra azad agent kimi "Yuventus"u tərk edib.
Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, argentinalı futbolçunun çıxış edəcəyi komandada müəyyənləşib. Dibala "İnter"də karyerasını davam etdirməyə yaxındır. Milan təmsilçisi 28 yaşlı oyunçuya müddəti 2025-ci ilə qədər olan müqavilə imzalamağı təklif edib. Argentinalı özü də İtaliyada qalmaqda maraqlıdır. Tərəflər arasında son detallar müzakirə olunur.
Qeyd edək ki, Argentina millisinin üzvü daha əvvəl "Borussiya" (Dortmund) və "Sevilya"nın təkliflərini geri çevirib.
saytlarin hazirlanmasi
