Andrea Pirlo Türkiyədə çalışacaq.
Sportal.az xəbər verir ki, italiyalı məşqçi "Fatih Karagümrük"lə anlaşıb.
Superliqa rəsmi saytının yaydığı məlumata görə, Pirlo adıçəkilən klubla bir illik müqaviləyə qol çəkib.
Pirlo son olaraq "Yuventus"da işləyib.
