Millətlər Liqası: Fransa Xorvatiyaya qarşı, Danimarkanın Avstriya sınağı

10:26 - 13 İyun 2022

UEFA Millətlər Liqasında bu gün 4-cü turun matçları keçiriləcək.

Sportal.az xəbər verir ki, 5 oyun baş tutacaq.

Millimizin də yer aldığı C liqasının 3-cü qrupunda Qazaxıstan Slovakiyanı qəbul edəcək. Qrupda 1 xalı olan Azərbaycan millisi isə Bakıda Belarusla üz-üzə gələcək. 

A Liqasının 1-ci qrupunda Danimarka Avstriyanı,Fransa isə Xorvatiyanı sınağa çəkəcək.

İsrailin bu dəfəki rəqibi isə İslandiya olacaq. 

UEFA Millətlər Liqası

13 iyun

A Liqası

1-ci qrup

22:45. Danimarka - Avstriya
22:45. Fransa - Xorvatiya


B Liqası

2-ci qrup

22:45. İslandiya - İsrail

C Liqası

3-cü qrup

18:00. Qazaxıstan - Slovakiya
20:00. Azərbaycan - Belarus

 

Xəbər xətti