"Sabah"ın qolkiperi Rüstəm Samiqullin karyerasını Premyer Liqanın digər klubunda davam etdirə bilər.
Sportal.az saytına verilən məlumata görə, U-21 yığmamızın qapıçısına “Kəpəz”dən təklif gəlib.
2022/2023 mövsümündən Premyer Liqada çıxış edəcək Gəncə təmsilçisi 19 yaşlı qapıçını "Sabah"dan bir illik icarəyə götürmək istəyir.
"Stroqino" yetirməsi olan qolkiperin yeni mövsümə "Kəpəz"də başlayacağı gözlənilir.