Belarus millisinin müdafiəçisi Roman Bequnov Millətlər Liqasının 4-cü turunun Azərbaycanla oyunu barədə danışıb.
Sportal.az xəbər verir ki, federasiyanın rəsmi saytına danışan belaruslu Azərbaycan millisi ilə Qazaxıstan yığmalarını da müqayisə edib:
“Azərbaycan və Qazaxıstan yığmalarının fərqi ondan ibarətdir ki, azərbaycanlılar daha çox topla oynamağa çalışır. Onların cəld, sürətli və texnikalı oyunçuları var. Qazaxıstanla oyunda qol epizodlarımız var idi, sadəcə ikinci qolumuz çatışmadı. Qapıçı bizi kritik anlarda xilas etdi. Təəssüf ki, hələ də bəxtimiz və bacarığımız çatışmır. Azərbaycana qarşı daha kompakt və aqressiv oynamalı olacağıq. Onlara boş zona çox verməməliyik. Təbii ki, daha sürətli olmalıyıq".
