İdmançımız dünya çempionatında gümüş medal qazandı

12:44 - 13 İyun 2022

Para-üzgüçülük üzrə Azərbaycan yığmasının üzvü Roman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən dünya çempionatında gümüş medala sahib çıxıb. 

Sportal.az xəbər verir ki, 28 yaşlı üzgüçü 100 metrəyə arxasıüstə üzmədə 1:00:71 nəticə göstərərək finişə ikinci çatıb.

Roman Saley Tokio-2020 Yay Paralimpiya Oyunlarının 3 qat qalibidi.

Xəbər xətti