Belarus millisinin yarımmüdafiəçisi Dmitri Bessmertni Millətlər Liqasının C3 qrupunun IV turunun bu gün Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, federasinın rəsmi saytına danışan belaruslu futbolçu millimiz barədə də fikirlərini bildirib:
"Azərbaycanla son oyunda kəskinlik çatışmadı, bir-birimizlə qarşılıqlı anlaşma yox idi. Qazaxıstana qarşı çox yaxşı oynadıq (1:1). Azərbaycana qarşı da belə oynamalıyıq. Özü də onlar oynamağa imkan verir. Onsuzda bütün komandalar buna imkan yaradır. Zonalardan istifadə edib mümkün qədər tez qol vurmağa çalışmalıyıq. Belə olarsa, rəqib hücuma keçəcək, açıq futbol oynayacaq və biz daha çox qol vura bilərik".
