"Liverpul" Remzini transfer edir

19:44 - 13 İyun 2022

"Liverpul" heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

 

Sportal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Mersisayd təmsilçisi "Aberdin"in müdafiəçisi Kelvin Remzini transfer etmək istəyir. Şotlandiya təmsilçisi qarşı tərəfdən 10 milyon avro tələb edir.

 

18 yaşlı futbolçu 2020-ci ildən əsas komandada çıxış edir. O, "Aberdin"in heyətində 43 oyunda meydana çıxıb.

Xəbər xətti