Ukrayna millisinin futbolçusu "Liverpul"da?

20:40 - 13 İyun 2022

"Dinamo"nun (Kiyev) yarımmüdafiəçisi Viktor Çıqankov "Liverpul"da çıxış edə bilər.

 

Sportal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, klub bu yay komandadan ayrılacağı gözlənilən Sadio Manenin yerinə oyunçu axtarır.

 

Mersisayd təmsilçisi futbolçunun millinin heyətində son matçlarda göstərdiyi performansı bəyənir. Ona görə də klub rəsmiləri ukraynalı yarımmüdafiəçini diqqətdə saxlayır.

 

Viktor Çıqankov 2016-ci ildən Ukrayna millisində çıxış edir. 24 yaşlı oyunçu yığma ilə 40 matça çıxıb.

Xəbər xətti