Fransa millisinin üzvü "Real"ı tərk edir

22:44 - 13 İyun 2022

"Real"ın futbolçusu Ferlan Mendi karyerasını İngiltərədə davam etdirə bilər.

 

Sportal.az "AS" nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted" və "Çelsi" fransalı oyunçunu transfer etmək istəyir.

 

Mendi 2019-cu ildə "Lyon"dan "Real"a keçmişdi.

 

Qeyd edək ki, 27 yaşlı futbolçu başa çatan mövsümdə Madrid təmsilçisi ilə 35 oyunda iştirak edib. Müdafiəçinin klubla müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Xəbər xətti