"Qarabağ"ın hücumçusu Kvabena Ovusu karyerasını yenidən Türkiyədə davam etdirə bilər.
Sportal.az xəbər verir ki, qanalı forvardın xidmətində I Liqada mübarizə aparan "Sakaryaspor" maraqlıdır. Türkiyə mətbuatının yazdığına görə, "yaşıl-qaralar" 25 yaşlı futbolçunu icarəyə götürmək üçün Ağdam təmsilçisinə təklif göndərib.
Qeyd edək ki, Kvabena Ovusu son mövsümü icarə əsasında Türkiyənin "Ankaragücü" klubunda keçirib. O, paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 21 matçda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.