"Real" Fransa millisinin üzvü ilə müqavilə imzaladı

15:59 - 14 İyun 2022

İspaniyanın "Real" klubu "Monako"dan heyətinə cəlb etdiyi Orelyen Tçuameni üçün imza mərasimi təşkil edib.


Sportal.az xəbər verir ki, Madrid təmsilçisi 18 yaşlı yarımmüdafiəçi ilə 6 illik müqavilə imzalayıb. Fransa millisinin üzvü "kral klubu"nda 18 nömrəli forma ilə çıxış edəcək.


Qeyd edək ki, "Real" Tçuameneni 80 milyon avro qarşılığında transfer edib.

Xəbər xətti