Paytaxt klubu 25 milyonluq transferə hazırlaşır

16:34 - 14 İyun 2022

İngiltərənin "Tottenhem" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.


Sportal.az xəbər verir ki, London təmsilçisi "Brayton"un yarımmüdafiəçisi İves Bissumanı heyətinə qatmağa çox yaxındır. "Times"in yaydığı məlumata görə, paytaxt klubu 25 milyon funt-sterlinq qarşılığında 25 yaşlı futbolçunun keçidini həll edəcək.

 

İves Bissuma "Brayton"a 2018-ci ilin yayında "Lill"dən transfer olunub. Fil Dişi Sahili millisinin üzvü başa çatan mövsümdə Premyer Liqa klubunun heyətində meydana çıxdığı 28 matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti