Poçettino La Liqada çalışa bilər

22:49 - 14 İyun 2022

PSJ Maurisio Poçettino ilə müqaviləyə vaxtından əvvəl xitam verərək onunla yollarını ayırıb. 

Sportal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, "Atletik"in (Bilbao) prezidentliyinə namizədlərdən biri Rikardo Barkala analoji vəzifəyə seçilməsi durumunda baş məşqçi postuna 50 yaşlı argentinalını gətirmək istəyir.

Geridə qalan mövsümün sonunda Bilbao təmsilçisi baş məşqçisi Marselino Toralı istefaya göndərib.

Qeyd edək ki, Poçettino daha əvvəl İspaniyada "Espanyol"u (2009-2012) çalışdırıb. 

Xəbər xətti