Robert Levandovski "Bavariya"dan ayrılmaq istəyir.
Sportal.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Münhen klubu polşalı hücumçunun transfer dəyərini açıqlayıb. Belə ki, futbolçu yalnız 50 milyon avro qarşılığında "Bavariya"dan ayrıla bilər.
Levandovskinin klubla müqaviləsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub.
33 yaşlı oyunçunun "Barselona"ya keçmək istədiyi bildirilir.
