"Mançester Siti"nin sabiq futbolçusu Vensan Kompaninin çalışdıracağı komanda müəyyənləşib.
Sportal.az xəbər verir ki, 36 yaşlı mütəxəssis "Bernli"nin baş məşqçisi təyin olunub.
Bu barədə klubun rəsmi saytı xəbər verib. Adıçəkilən klub başa çatan mövsümü Premyer Liqada 18-ci pillədə başa vuraraq Çempionşipə yuvarlanıb.
Son olaraq "Anderlext"i çalışdırmış belçikalı ötən ay baş məşqçi postundan istefa vermişdi.
