"Tottenhem" yeni futbolçu aldı

23:54 - 14 İyun 2022

"Tottenhem" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, London klubu "Brayton Albion"un yarımmüdafiəçisi İves Bissumanı transfer edib. 25 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Klub malili oyunçuya görə Brayton təmsilçisinə 25 milyon avro və əlavə olaraq bonuslar ödəyəcək.

Qeyd edək ki, Bissuma İngiltərə klubuna 2018-ci ildə 17 milyon avro qarşılığında "Lill'dən transfer olmuşdu

Xəbər xətti