Türkiyə klubu "Qəbələ"də oynamış forvardı transfer etdi

22:33 - 14 İyun 2022

"Qəbələ"nin sabiq forvardı Ceyms Adeniyi Türkiyədə oynayacaq.

Sportal.az xəbər verir ki, 2018-2021-ci illərdə bölgə klubunda çıxış etmiş nigeriyalı hücumçu "Tuzlaspor"la anlaşıb.

O, bu klubun heyətində yeni mövsüm Türkiyə 1-ci liqasında çıxış edəcək. 

Forvard 2018/2019 sezonunda "Qəbələ"nin heyətində Azərbaycan kubokuna sahib çıxıb.

Xəbər xətti