"Mançester Siti" 36 yaşlı qapıçı ilə müqaviləni uzatdı

10:54 - 15 İyun 2022

"Mançester Siti" qapıçısı ilə yeni müqavilə imzalayıb.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "şəhərlilər" ingiltərəli qolkiper Skott Karson ilə müqavilə müddətini artırıb. Yeni sözləşməyə əsasən 36 yaşlı təcrübəli qapıçı 2022-2023 mövsümündə də klubda çıxış edəcək.

Qeyd edək ki, Karson 2019-cu ildən Mançester təmsilçisində oynayır.

Xəbər xətti