Millimizin sabiq qapıçısı Bəhreyn yığmasında işə başladı - FOTO

23:18 - 14 İyun 2022

Futzal üzrə Azərbaycan millisinin sabiq qolkiperi Laersio Buranello özünə yeni iş yeri tapıb.

Sportal.az xəbər verir ki, Azərbaycan millisi və "Araz"ın qapısını qorumuş braziliyalı futzalçı karyerasını bitirdikdən sonra məşqçi kimi çalışır. 

Bir müddət əvvəl Buranello Bəhreyn Futzal Federasiyası ilə anlaşıb. O, millidə fiziki hazırlıq üzrə məşqçi və fizioterapevt kimi işləməyə başlayıb.

Xəbər xətti