Dünya çempionatına vəsiqə qazanan son komandanın adı müəyyənləşdi

10:00 - 15 İyun 2022

Qətərdə təşkil olunacaq DÇ-2022-yə vəsiqə qazanan sonuncu komandanın adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, sonuncu komanda Kosta-Rika millisi olub. Şimali Amerika təmsilçisi pley-off mərhələsinin final oyununda Yeni Zelandiyaya 1:0 qalib gəlib.

Kosta-Rika millisi DÇ-2022-də İspaniya, Almaniya və Yaponiya ilə birlikdə E qrupunda yer alacaq. 

Xəbər xətti