"Roma" türkiyəlini transfer edir

10:55 - 15 İyun 2022

"Lill"in müdafiəçisi Zeki Çelik "Roma"nın hədəfindədi.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, paytaxt klubu yayda türkiyəli müdafiəçini transfer etməyə iddialıdı. "Canavarlar" 25 yaşlı Çelik üçün rəsmi təklif də göndərib.

"Roma"nın baş məşqçisi Joze Mourinyo türkiyəli futbolçunu sərəncamında görmək niyyətindədi. 

 

Xəbər xətti