"Qalatasaray"ın sabiq futbolçusu "Fənərbaxça"da

12:33 - 15 İyun 2022

"Qalatasaray"ın sabiq üzvü Bruma "Fənərbaxça"da oynayacaq.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubu yarımmüdafiəçini icarəyə götürməyə razı salıb. Portuqaliyalı Türkiyəyə yollanaraq tibbi müayinədən keçəcək. Bruma 2013-2016-cı illərdə "Qalatasaray"da çıxış edib.

Futbolçu başa çatan mövsümdə PSV-nin heyətində 46 oyunda 10 qol vurub, 4 assistlə yadda qalıb.

Xəbər xətti