Fransanın "Bordo" klubu üçüncü liqaya yuvarlanıb.
Sportal.az Fransa mətbuatına istinadən xəbər verir ki, buna səbəb klubun maliyyə öhdəliklərini yerinə yetirə bilməməsidi.
Ötən mövsüm Liqa 1-də mübarizə aparan 140 yaşlı klub ikinci liqaya düşsə də, məlum səbəblərə görə Fransa Peşəkar Futbol Liqası onları daha aşağı liqaya göndərib. Yeni sezondan klub Milli Liqada mübarizə aparacaq.
Adıçəkilən klub tarixi ərzində 6 dəfə ölkə çempionluğu yaşayıb.
