"Barselona"nın futbolçusu Frenki De Yonq "Mançester Yunayted"ə keçməyə hazırlaşır.
Sportal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Mançester təmsilçisi niderlandlı futbolçu ilə 5 illik müqaviləni razılaşdırıb. İngilislər hazırda "Barselona"nı razı salmağa çalışır.
Kataloniya klubu futbolçusu üçün 80 milyon avro tələb edir.
