"Qarabağ" Çempionlar Liqası I təsnifat mərhələsində Polşanın "Lex" klubunu mübarizədən kənarlaşdırsa, növbəti mərhələdə "Sürix"lə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, İsveçrə təmsilçisinin baş məşqçisi Franko Foda klubun mətbuat xitmətinə açıqlama verib. O, II təsnifat mərhələsində potensial rəqibləri olan "Qarabağ" haqda danışıb:
"Lex" və "Qarabağ" keyfiyyətli komandalardır. "Qarabağ" ötən il Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. Onlar artıq beynəlxalq arenada uğurlar qazanan kluba çevrilib. Hər iki komandanı təhlil edəcəyik. Onları yaxından izləyəcəyik. Üçüncü mərhələyə çıxmaq üçün hər şeyi edəcəyik".
saytlarin hazirlanmasi