Poqba yeni klubu ilə müqavilə imzaladı

17:08 - 15 İyun 2022

"Mançester Yunayted"dən ayrılan Pol Poqbanın yeni klubu məlum olub.


Sportal.az xəbər verir ki, Fransa millisinin üzvü karyerasını İtaliyada davam etdirəcək. ESPN-in məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi "Yuventus"la 4 illik müqavilə imzalayıb.


Pol Poqba 2012-2016-cı illərdə "Yuventus"da çıxış edib. Təcrübəli futbolçu 2016-cı ilin yayında 105 milyon avro qarşılığında "Mançester Yunayted"ə transfer olmuşdu.

Xəbər xətti