"Lex"in futbolçusu Mixal Skoraş Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda Poznanda "Qarabağ" üzərində qazanılan qələbəni şərh edib.
Sportal.az xəbər verir ki, klubun rəsmi saytına danışan vinger matçla bağlı bunları deyib:
"Asan oyun deyildi. Rəqib topa daha çox sahib idi, amma biz də meydanda yaxşı hərəkət etdik. Biz bu oyunda çox yaxşı təşkil olunmuş müdafiə ilə oynadıq. Əslində, "Qarabağ"ın aşkar üstünlüyünə baxmayaraq, 100% imkanı olmadı. Fasilədən sonra oyuna böyük təsir edən ətirən əvəzetmələr bizə kömək etdi. Matçın 50-ci dəqiqəsindən etibarən rəqibdən bir az daha fəal hərəkət etməyə başladıq.
Biz irəliləməyə çalışdıq, rəqib səhv etdi. Mikael İshak hücumçunun olmalı olduğu yerdə idi, qolunu vurdu və 1:0 qalib gəldik. Cavab oyununa qədər cüzi üstünlüyümüz var".
