"Latsio" Patriklə müqavilə müddətini uzadıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçiyə "Yuventus" və "İnter"dən təklif olsa da, o, "Latsio"da qalmağa üstünlük verib. İspaniyalının müqavilə müddəti 2027-ci ilin yayına qədər artırılıb.
29 yaşlı futbolçu 2015-ci ildə “Barselona”dan “Latsio”ya keçmişdi.
