İngiltərə klubunda ayrılıq

11:58 - 6 İyul 2022

Niderland millisinin vingeri Stiven Berqveyn "Tottenhem"dən ayrılıb.

Sportal.az "The Mirror"a istinadən xəbər verir ki, Berqveyn ölkəsinə qayıdacaq.

Belə ki, onun "Ayaks"a keçəcəyi iddia edilir. O, bu gün tibbi müayinə üçün Amsterdama yollanıb. Transfer üçün niderlandlılar "Tottenhem"ə 30 milyon avro ödəyəcək.

Berqveyn 2020-ci ildə 30 milyon avroya PSV-dən "Tottenhem"ə keçmişdi. 

Xəbər xətti