"İnter" "Kalyari"dən futbolçu icarəyə götürüb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Raul Bellanova icarə əsasında "İnter"də çıxış edəcək.
22 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. İcarə müddəti başa çatdıqdan sonra isə "nerazzura"nın onun transfer hüququna sahib çıxmaq şansı var.
“Milan” yetirməsi olan 22 yaşlı müdafiəçi “Bordo”, “Atalanta”, “Peskara” klublarında çıxış edib.
