"Milan" argentinalını transfer edəcək

13:44 - 6 İyul 2022

"Milan" "Rasinq"in futbolçusu Karlos Alkarası transfer etmək istəyir.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, "rossonyerlər" 18 yaşlı yarımmüdafiəçi üçün Argentina klubuna 18 milyon avro təklif edib.

Transferin bu yay baş tutacağı iddia edilir. 

Gənc futbolçu bu mövsüm "Rasinq"in heyətində 22 matçda 5 qol, 2 assistlə oynayıb. 

Xəbər xətti