Paytaxt klubu Depayı istəyir

14:42 - 6 İyul 2022

"Barselona"nın forvardı Memfis Depay İngiltərədə oynaya bilər.

Sportal.az "sport.es"ə istinadən xəbər verir ki, 28 yaşlı hücumçu "Tottenhem"a keçməyə hazırlaşır.

London klubu Depayın transferi üçün Kataloniya klubu ilə danışıqlara başlayıb. 

Niderlandlı futbolçu ötən mövsüm Primeroda 27 oyuna çıxıb, 12 qol vurub və 2 assist edib. 

Xəbər xətti