"Qarabağ"ın rəqibi futbolçusunu Çexiya klubuna satdı

15:40 - 6 İyul 2022

Çempionlar Liqası I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Lex"də ayrılıq gerçəkləşib.

Sportal.az xəbər verir ki, Poznan təmsilçisi Yan Şikora ilə yollarını ayırıb. 29 yaşlı yarımmüdafiəçi son mövsümdə icarə əsasında çıxış etdiyi Çexiya "Viktoriya"sına satılıb. Bu barədə Polşa klubunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, "Qarabağ" ilk oyunda "Lex"ə 0:1 hesabı ilə məğlub olub. Bu komandalar arasında cavab matçı 12 iyul tarixində Bakıda baş tutacaq. 

Xəbər xətti