Millimiz Türkiyə və Mərakeşlə eyni qrupda

19:17 - 6 İyul 2022

Türkiyənin Konya şəhərində avqustun 9-dan 18-dək keçiriləcək V İslam Həmrəyliyi Oyunlarının 3x3 basketbolu üzrə yarışların püşkatması olub.

 

Sportal.az xəbər verir ki, püşk nəticəsində Azərbaycan komandalarının qrupdakı rəqibləri məlum olub.

 

Kişilərdən ibarət yığmamız B qrupunda Türkiyə, Mərakeş, Mali və Qabonla mübarizə aparacaq. Qadınlardan ibarət komandamız isə D qrupunda Türkmənistan, İndoneziya və Mali ilə yarışacaq.

Xəbər xətti