"Beşiktaş" Belçikadan hücumçu transfer etdi

19:38 - 6 İyul 2022

Türkiyənin "Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər xəbər verir ki, İstanbul təmsilçisi "Standard"ın hücumçusu Cekson Mulekanı rənglərinə bağlayıb. "Qara qartallar"ın rəsmi saytı futbolçu və onun müqavilə ilə məxsus olduğu Belçika klubu ilə danışıqlara başlandığını açıqlayıb.

 

Danışıqlar başa çatdıqdan sonra 23 yaşlı hücumçu ilə rəsmi müqavilə imzalanacaq.

 

Cekson Muleka başa çatan mövsümün ikinci yarısını icarə əsasında "Kasımpaşa"da keçirib. Konqolu forvard Türkiyə klubunun heyətində meydana çıxdığı 15 Super Liqa matçında 12 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Xatırladaq ki, "Beşiktaş" yay transfer pəncərəsi zamanı Cenk Tosun, Gedson Fernandes və Vaut Veqhorstu transfer edib.

Xəbər xətti